Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı

“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı

İdmançı Kamil Zeynallı sosial şəbəkədə açıqlaması ilə diqqət çəkib.

O, feysbuk səhifəsində bu sözləri yazıb:

“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Bunlar hələ də məni izləyirlər. Ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər.

Xəbərlərində öz vətəndaşlarına harda olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə eləsinlər. Guya bunlar ağıllıdırlar da, daha demirlər ki, harada olduğumu Bakıya gələndən sonra yazdım. Mövcud olmayan qondarma “Arçax” hələ anlamır ki, Azərbaycanda milyonlarla Kamil Zeynallı var.

Biz xalq olaraq bunu 44 günlük zəfərimizdə bütün dünyaya sübut etdik. Görünür məğlub olmuş erməni höküməti öz şovinist fikirlərindən daşınmaq istəmir. Biləsiz ki, dövlətimizin və xalqımızın Dəmir yumruğu yerindədir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …