Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Mən sənin kimi yaxşı ola bilmərəm, heyif səndən… ” – Əməkdar artist

“Mən sənin kimi yaxşı ola bilmərəm, heyif səndən… ” – Əməkdar artist

Əməkdar artist Gülbahar Şükürlü vəfat edən həyat yoldaşı Zakirlə bağlı paylaşım edib.

Qarmon ifaçısı ərinin vəfatından 3 il keçdiyini vurğulayıb.

“Zahid, 3 ildir sənsizik. Amma hələ də inanmırıq və inanmaq istəmirik. Sənsiz bu qədər yaşamağıma heç inana bilmirəm. Ancaq sən mənim yoxluğuma dözməzdin. İnan o qədər ağlayıram, hələ də gözümün yaşı qurumur.  O qədər məni danlayırlar. Başa düşürəm, belə gün hamımız üçün var, sadəcə, növbəmizi gözləyirik. Sən çox yaxşı insan idin. Mən sənin kimi yaxşı ola bilmərəm. Heyif səndən… Uşaqla uşaq, böyüklə böyük idin. Allah sənə rəhmət eləsin. Allah ruhunu şad eləsin, başımın tacı. Gözəl, mənalı günlərimin səbəbkarı, Zahid. Sən məndən uzaqlaşdıqca, mən sənə yaxınlaşıram” – deyə, musiqiçi bildirib.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …