Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Mən atamı, dünya isə sevgi ortağını itirdi” – Rəşad Kəsəmənli

“Mən atamı, dünya isə sevgi ortağını itirdi” – Rəşad Kəsəmənli

“Bu gün artıq yoxluğundan 13 il keçir. Adam var sağlığında nəsə öyrədir, adam da var ölümü də insana bir nəsihət verir. Atam ölümüylə də çox şey öyrətdi mənə”.

Moderator.az xəbər verir ki, bu sözləri mərhum nəğməkar şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli öz instaqram səhifəsində yazıb.
R.Kəsəmənli daha sonra atasının xaraktercə necə güclü biri olmasından bəhs edib: “Həmişə deyərdi ki, “Məşhur idmançı idmanı yaxşı vaxtında buraxmalıdır ki, yaddaşlarda həmişə elə qalsın”. Heç xoşlamazdı ki, əlindən kimsə tutub ona kömək etsin. Bircə ölümə izin verdi əlindən tutmağa…”
“Mən atamı, dünya isə sevgi ortağını itirdi. Dünyanın dərdi daha ağır oldu” -deyən R.Kəsəmənli sonda bütün dünyasını dəyişmiş insanlara Allahdan rəhmət diləyib: “Allah rəhmət eləsin bütün dünyasını dəyişənlərinizə”.

Qeyd edək ki, 1946-cı ildə Qazax rayonunda anadan olmuş nəğməkar şair Nüsrət Kəsəmənli 2003-cü ilin 15 oktyabrında müalicə məqsədilə getdiyi Təbriz şəhərində vəfat edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın