Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Mənə zəng edib pul istəyirdi” – Nazənindən Təranəylə bağlı ŞOK açıqlama – VİDEO

“Mənə zəng edib pul istəyirdi” – Nazənindən Təranəylə bağlı ŞOK açıqlama – VİDEO

ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı müğənni Nazənin olub.

Müğənni artıq Təranə Qumralla yaşadığı qalmaqaldan yorulduğunu bildirib.

“Təranə adi bir mesaj atardı ki, bağışla, şeytan məni yoldan çıxartdı. Hər şeyi, məhkəmə işlərini də dayandırardım. Məhkəməyə də Təranə vermişdi bizi. Uduzub deyə elə danışmalıdır. Nə danışdısa, özünə ziyan oldu. Mənə şər atdı. Mən danışsam abrım-həyam gedəcək. Simamı itirmək istəmirəm. Özü edir, sonra da efirə çıxıb deyir ki, bu məndən nə istəyir?! Həyasına hörmət qoyan qadın efirdə belə danışmaz. Mən yenə susacam. Özümə yaraşdırmıram”.

Nazənin son zamanlarda Təranənin onu tez-tez yığaraq pul istədiyini bildirib.

“Nə mən onun evini tanıyıram, nə də o, mənim evimi tanıyır. Sadəcə axır vaxtlar məni yığıb deyirdi ki, mənim ehtiyacım var, maşınımızı alıblar bankın qabağındadır. Ya mənə pul ver, ya da mənə toy ver.“

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …