Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasının əsas zalında akademik Cəlal Əliyevlə vida mərasiminin hazırlıqları davam edir.
Akademiyanın prezidenti Akif Əlizadə hafta.az-a açıqlamasında bildirdi ki, akademikin cənazəsi vida üçün saat 12:00-da akademiyaya gətiriləcək. Hazırda vida mərasiminə gələnlər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi, şöbə müdiri Fatma Abdullazadə də var.
Bir qədər öncə isə Mərhum Cəlal Əliyevin qızı, bacısı Rəfiqə Əliyeva, modelyer Fəxriyyə Xələfova və başqaları da artıq buyurub.
Akt zalı prezidentin, dövlət orqanlarının və nazirliklərin mərhumun xatirəsinə hörmət əlaməti olan əklillərlə bəzədilib. Zalda matəm musiqisi səsləndirlir. Akademiyanın girişinə Cəlal Əliyevlə bağlı boiqrafiya və şəkillər düzülüb. Sütunlar qara lentlərlə əhatələnib.
Allah rəhmət etsin!