Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Məleykə Abbaszadə Ağdaşda vətəndaşlarla görüşəcək – Qəbul

Məleykə Abbaszadə Ağdaşda vətəndaşlarla görüşəcək – Qəbul

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşlarla görüş keçirəcək.

DİM-dən verilən məlumata görə, görüşdə Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Ağdaş rayonunda qəbul avqustyn 18-də saat 11:00-da Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Göyçay ş., R. İsayev k., 43, əlaqə telefonu: (020) 274 66 74)) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, görüş üçün Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon təhsil şöbələrində də avqustun 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın