Ana səhifə / Şou Biznes / “Məktəbin direktoru Almaz Əhmədova hər kəsin gözü qarşısında ana dilimizi aşağılayır”

“Məktəbin direktoru Almaz Əhmədova hər kəsin gözü qarşısında ana dilimizi aşağılayır”

Moderator.az xəbər verir ki, sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı feysbukda “Ə.Bakıxanov adına Musiqi məktəbində nələr baş verir?” sərlövhəli bir yazı paylaşıb. Yazıda bildirilir ki, Bakıxanov adına 6 saylı musiqi məktəbinin direktoru ana dilimizi hər kəsin gözü qarşısında təhqir edir.
Xalq şairinin həmin ürəkağrıdan paylaşımını olduğu kimi təqdim edirik:
“Nizami muzeyindən çıxıb Milli Teatra gedirdim. Daxiliı İşlər Nazirliyinin yanında köhnə tanışlarımdan biriylə raslaşdım. Xoş-beşdən sonra yanındakı uşağa işarəylə “qızımdır!”-dedi ; qarşıdakı binanı, passajın üstünü göstərib “ Bakıxanov adına Musiqi məktəbinə aparıram, 6 nömrəli musiqi məktəbinə!”-dedi.
Sonra birdən-birə dərdi açıldı :
– Müəllim, biz uşaqlarımızı Vətən sevgisiylə böyütmüşük, dilimizə, ədəbiyyatımıza qarşı etinasızlığa, millətimizə hörmətsizliyə dözə bilmirlər. Bu sevgi öz ürəyimizi üzmüşdü, indi də uşaqlarımızın rahatlığını əllərindən alıb!.. Bilmirik dərdimizi kimə deyək. Uşaq elə şeylər danışır ki, ayağım yerə yapışır. Bu qədər qudurğanlıq, bu qədər saymazlıq olar? Nə qanun sayırlar, nə konstitutsiyaya hörmət edirlər. Bunların bir böyüyü yoxdur?
– Nə olub? Nə baş verir?-deyə soruşdum.
– Məktəbin direktoru Almaz Əhmədova bütün şagirdlərin, müəllimlərin gözü qarşısında ana dilimizi aşağılayır, yığıncaqlarda çıxışçılardan rusca danışmaq tələb edilir. Dəfələrlə elan edib ki, məktəbdə yığıncaqlar yalnız rusca aparılacaq. İş o yerə çatıb ki, bu il Ana Dili günü məktəbdə rus dilində aparılıb. Bundan böyük hörmətsizlik olar? Bizim uşaqlarımızın ana dili rus dilidir? Rus bölməsində oxuyanlar rusca danışsınlar, sözümüz yoxdur, bəs Azərbaycan bölməsinin şagirdləri niyə yabançı dildə danışmalıdırlar? Bu nə siyasətdir? Məktəbdə əsas təhsil dili Azərbaycan dili ola-ola bu il məktəbdə ana dili bölümünə qəbul özbaşına ləğv edib. Valideyinlərin istəyi nəzərə alınmayıb.40 nəfər şagirdin hamısı rus bölümünə qəbul edilib.
Bunlar azmış kimi şagirdlərin milli hissiyyatı ilə oynanılır: 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart kimi hər bir şagirdə öyrədilməli olan milli matəm günlərimiz məktəbdə qeyd olunmur, ya da formal şəkildə qeyd edilir, beş-altı adamı bir yerə yığıb şəkil çəkdirirlər ki, güya tədbir keçirilmişdir…
Təsadüfən rastlaşdığım valideyinin dediklərinin hamısını yazmıram. Çünki musiqi məktəbindəki vəziyyəti təfərrüatı ilə bilmirəm, valideyinin dediyi şəxsi inciklikdən də irəli gələ bilər. Ancaq səbəb olmadan belə ciddi narazılıq yarana bilməz və yazdıqlarımın doğru olub-olmadığını yoxlamaq o qədər də çətin deyil…
Təəssüf ki, Bakıda bu xalqın çörəyini yeyib onun dilinə, tarixinə, milli-mənəvi dəyərlərinə, müstəqilliyinə hörmətsiz yanaşanlar az deyil Mən sadəcə, Almaz xanıma Bakının Azərbaycan respublikasının paytaxtı olduğunu və burda təhsilin, əsasən Azərbaycan dilində aparıldığını, ana dilinə sayğısızlığın, onu sıxışdırmaq meyllərinin cinayət olduğunu xatırlatmağı özümə borc bildim… İnanıram ki, Mədəniyyət Nazirliyimiz bu məsələni aydınlaşdıracaqdır…”

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın