Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Məhkəmə Günay İbrahimlinin sponsorunun əmlakına həbs qoyub

Məhkəmə Günay İbrahimlinin sponsorunun əmlakına həbs qoyub

Məhkəmə müğənni Günay İbrahimlinin sponsoru olmuş Nuriyyə Əhmədovanın əmlakına həbs qoyub. Criminal.az saytının məlumatına görə, buna səbəb müğənninin N.Əhmədova və Criminal.az saytının baş redaktoruna qarşı məhkəmədə qaldırdığı pul davasıdır.
G.İbrahimli Yasamal rayon Məhkəməsində iddia qaldıraraq Criminal.az saytında yayımlanmış yazılara görə saytın rəhbəri Anar Məmmədov və N.Əhmədovadan mənəvi zərərə görə 100 000 manat təzminat tələb edir.
Buna görə də, müğənninin vəkili Abbas Kərimbəyli Yasamal rayon Məhkəməsinə ərazə verərək N.Əhmədovanın əmlaklarının özəlləşdirilməsinin, girov qoyulmasının və ya başqa formada hüquqi statusunun dəyişdirilməməsi üçün həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş edib. Hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmədə N.Əhmədovanın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə həbs qoyulması barədə qərardad çıxarıb.
N.Əhmədova Yasamal rayon Məhkəməsinin çıxardığı qərardaddan apellyasiya şikayəti verib. Bu səbəbdən müğənninin mənəvi ziyana görə qaldırdığı iddia üzrə iş qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …