Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstü açıldı

Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstü açıldı

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etbarən götürülüb. 
Bu barədə “AZƏRFAKS”a Gəncə sakinlərindən biri məlumat verib. Məlumata görə, hazırda əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. “Bu bizim üçün çox xoş bir sürpriz oldu”  – deyə, Gəncə sakini bildirib.
Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin  balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə verilmiş açılqamalara görə, M.Ə.Rəsulzadənin büstünün üstü də məhz təmir işlərilə əlaqədar örtülübmüş.
Xatırladaq ki, Gəncə şəhərindən seçilmiş millət vəkili Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın