Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Mədət Quliyev MTN-də sərt qayda yaradıb: Generallar “şaqat” edir, uniforma geyinirlər…

Mədət Quliyev MTN-də sərt qayda yaradıb: Generallar “şaqat” edir, uniforma geyinirlər…

Oktyabrın 17-də vəzifəsini itirən milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsi gün keçdikcə aktuallaşır.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, sabiq nazirin azad olunmasından 3 gün sonra MTN-ə birinci müavin təyin edilən və hazırda nazirin səlahiyyətlərini icra edən general Mədət Quliyevin daxildə apardığı islahat və təftişlər sələfi Eldar Mahmudovun həbsinə zəmin yaradır.

Mia.az-a verilən məlumatda o da bildirilir ki, Eldar Mahmudov hazırda evindədir. Hələlik onunla bağlı hər hansı bir əməliyyat-istintaq tədbirləri həyata keçirlməyib. Ancaq MTN-də baş verənlər onun gec-tez istintaqa cəlb edilməsinə məcburiyyət yaradacaq.

Məlumatda o da bildirilir ki, Mədət Quliyev MTN-ə gəldiyi gündən iş rejimi də dəyişib: “Mədət Quliyev MTN-ə gəldiyi gün xidməti kabinetinə keçməyib. O, nazirliyin bütün vəzifəli şəxslərini uniformada həyətə düşərərək, “şaqat” etdirib. Üstəlik, onların qarşısında çox sərt çıxış edərək, hamısına xəbərdarlıq eləyib. Bundan əlavə, oktyabrın 20-dən MTN-nin vəzifəli şəxslərinin hamısına uniformalarını geyinmələri ilə bağlı göstəriş verib. İndi MTN-çilər əvvəlki kimi istədikləri geyimdə işə gələ bilmirlər…”.

 

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın