Ana səhifə / Şou Biznes / “Məcbur olub izah edirdim ki, kişilik vəzifələrimi yerinə yetirmirəm deyinirsən?” – İlqar Xəyal

“Məcbur olub izah edirdim ki, kişilik vəzifələrimi yerinə yetirmirəm deyinirsən?” – İlqar Xəyal

“Həyat yoldaşım evdə deyinirdi ki, kişi də saat 12-yə kimi yatar? Durub, məcbur olub izah edirdim ki, kişilik vəzifələrimi yerinə yetirmirəm deyinirsən? Filan şey istəyirsən alıram, nə istəyirsən həll edirəm. Məcburam yatmağa ki, 7-8 saat yatım, səsim işləsin və gedib məclis idarə edim. Bunu da kapriz kimi qəbul edirdilər”.

Bu sözləri müğənni İlqar Xəyal “10-da görüşək” proqramında deyib. Sənətçi həyat yoldaşı ilə yaşadığı problemlərdən danışıb.

İ.Xəyal fəxri ad almamasından gileylənib:

“35 ildir sənətdəyəm, oturub gözləməliyəm ki, Mədəniyyət Nazirliyi mənə fəxri ad versin. Gedib qapı döyüb, özün etməyəcəm ki… “Qaya” qrupunda çalışan heç kim ad almayıb. Oradakılar Azərbaycanda fəaliyyətlərini davam etdirmədilər. Üç beynəlxalq müsabiqə laureatıyam. Qran-pri qazanmışam. Məni küsdürən fəxri ad almamaq və paralel məsələlərdir. Durub desəm ki, kimsə fəxri ad alıb, mən yox, paxıllıq olar”.

Axsam.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …