Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Mətanətlə Manaf efirdə şiddəti dəstəklədi – Video

Mətanətlə Manaf efirdə şiddəti dəstəklədi – Video

Müğənni Manaf Ağayev yenidən müzakirələrə səbəb olacaq açıqlama verib.  Belə ki, ifaçı ATV kanalında yayımlanan “Ən yaxşısı” proqramında qonaq olarkən aparıcı Mətanət Əliverdiyevanın “Qadın Manafı hansı həddə çatdırmalıdır ki, ona əl qaldırsın?” sualını cavablandırıb. 

 “Qafqazinfo” xəbər verir ki, M. Ağayev tənqidlərə məruz qalacaq fikirlər söyləyərək hətta xanımına şiddət göstərdiyini etiraf edib: “Bir kəlməyə görə qadının başını kəsərəm, nəinki döymək… Ailəm məni yaxşı tanıyır. Bilirlər ki, hansı sözü işlətsələr, nələr ola bilər. Yeni ailə quranda bir dəfə həyat yoldaşıma əl qaldırmışam. Vurduğuma görə üzr istəmədim. Üzr istəmək mənə görə deyil. Bir-birimizi yaxşı tanıyırıq. Başqa ailələrlə bizi müqayisə etmək lazım deyil. İçəri girəndə üz cizgilərindən əhvalımı bilir. Anlaşılmazlıq olsa, 35 il bir yerdə qalmaq olmazdı”. 

M. Əliverdiyeva da M. Ağayevə dəstək olaraq kişilərdən qorxmaq lazım olduğunu söyləyib: “Həmişə demişəm. Kişidən qorxmaq, çəkinmək lazımdır. Kişinin başında mən boşqab sındıracağamsa, bundan ailə olmaz”. 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …