Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Mətanət keçmiş ərindən danışdı: “Əgər tez boşansaydım…”

Mətanət keçmiş ərindən danışdı: “Əgər tez boşansaydım…”

Əməkdar artist Mətanət İsgəndərli “Həyat, sevgi və göz yaşları” verilişində şəxsi həyatı haqqında danışıb.


Müğənni həyat yoldaşından ayrılmasının səbəbini açıqlayaraq göz yaşı töküb:


“Çox əvvəl həyat yoldaşımdan boşanardım, amma üç bacım var idi. O vaxt elə idi ki, boşansaydım, bacılarımla ailə quran olmayacaqdı. Deyəcəkdilər ki, böyük bacısı boşanıb gəlib.


Mən həmişə fədakar olmuşam. Doqquz-on illik ailə həyatımda elə şeylərə dözmüşəm ki… Anam həmişə bizə gələndə ağlayırdı. Gəlib görürdü ki, gözüm altı partlayıb… Bacım Təranə mənə çox dayaq olub. Uşaqlarım pis vəziyyətə düşəndə, azca xəstələnəndə qorxuya düşürdüm, elə bilirdim, öləcəklər. Amma Təranə məndən ürəkli idi.


Özüm-özümə deyirdim ki, uşaq ölsə, yanıma esensiya qoymuşdum, içib öləcəm. Onun ölümünə dözə bilmərəm. Tək idim, baxa bilmirdim. Həyətdə hamam, su yox idi. Təsəvvür edin ki, qonşulardan su daşıyırdım. Allaha yalvarırdım ki, qonşu qapısını bağlamasın.


Allah qəni-qəni həyat yoldaşıma rəhmət eləsin. Haqqımı ona halal edirəm. Mənim sənətə gəlməyim həyat yoldaşımın və qaynanamın razılığı oldu. Sənətə gəldim, söz-söhbət başladı. Bir dəfə məni döydü, oğlum Kərimi götürdüm, yağışda, ayaqlarım palçığın içində qaçdım.


O, dünyasını dəyişəndə elə bilirdim ki, göz yaşlarım dayanmayacaq. Mənə iki gözəl övlad bəxş edib. Niyə ona rəhmət oxumayım! Bizim yalnız pis günlərimiz olmayıb axı. Doqquz-on il ömür gün yoldaşı olmuşuq. Çətin günlərimiz ilə yanaşı yaxşı günlərimiz də olub. Mən pislikləri unudan adamam. Mən onu pis xatırlaya bilmirəm. Biz insanlar bir-birimizi itirdikdən sonra qədrini bilirik”.


Qeyd edək ki, Mətanət İsgəndərli bir dəfə evli olub. Onun bir oğlu, bir qızı var.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …