Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Şou Biznes / Mətanət İsgəndərliyə şok ittiham: Uşaqları anasından ayırıb!

Mətanət İsgəndərliyə şok ittiham: Uşaqları anasından ayırıb!

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini qayınanasının övladlarını ondan uzaqlaşdırmağa çalışdığını deyib.

Canana sosial şəbəkə hesabında bu haqda paylaşım edərək keçmiş ailəsinin uşaqlarını ona qarşı döndərdiyini qeyd edib. O, məhkəmə qərarına və uşaqların seçiminə əsasən onların atası ilə qalacağını bildirib:

“Övladlarım mənim canım nəfəsimdir Onların sağlamlıqı gələcəyi stressiz həyatına görə əlimdən gələni etdim və edirəm də. Bu görüntüləri dünən icrada onların məndən alınacaq qərarını və kimi seçəcəklərini gözləyərkən çəkdim. Moskvadan qayıdan gündən uşaqları götürdülər itə dişlətdilər, bunu gizlin saxladılar, uşaqları özləriylə toylara apardılar və bütün rejimlərini korladılar. Və hər birinin başlarını oyuncaqla, gəzintiylə döndərdilər. Mən analara müraciət edirəm, sizcə, biz qadınlar haqqımız olanı dövlətimizdən istəməliyik yoxsa necə? Böyük oğlum – Tuncayım, mənim arxa dayağım, hər zaman məni müdafiə edən balamı belə məndən 2 günə döndərdilər. Dedi ki, “mən onları seçdim çünki onlar mənə velosiped alacaq məni Antalyaya aparacaq, mənim öz otağım olacaq”. Bu mənim üçün o qədər ağır zərbə oldu ki…  Bu qədərmi dünya malı dəyərlidir? Bu acımı da Allahdan istəyirəm mənə güc versin və haqq öz yolunu tapsın”.

Həmçinin oxuyun

Boşanma xəbərləri yayılan Nazilə Səfərli növbəti dəfə ana olacaq – Fotolar

Şairə Nazilə Səfərli növbəti dəfə ana olacaq. Bu barədə N.Səfərlinin özü məlumat yayıb. O, “UZİ” …