Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Şou Biznes / Mətanət İsgəndərlinin gəlini: “Mənə əziyyət verirlər ki, uşaqlar bezib getsin”

Mətanət İsgəndərlinin gəlini: “Mənə əziyyət verirlər ki, uşaqlar bezib getsin”

“Rəsmi boşanma olmayıb, bir ilə yaxındır məhkəmə uzanır. Hara müraciət etmişəmsə, qarşı tərəfin vəkili məsələni uzadır. Hakimə yeni iddialar qaldırılır. Uşaqları almaq istəyirlər. İstəyirəm boşanma tez gerçəkləşsin, onların soyadından çıxım. Özümə yeni iş qurmaq istəyirəm. Sənədlərim dəyişməlidir”. 

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, müğənninin oğlu Kərimlə boşanma prosesləri hələ də bitmir. 

 Canana Kərimin uşaqları ondan almaq üçün çalışdığını deyib: 

“Alıb uşağa baxandırlar? Çalışırlar ki, uşaqlar onların üstündə olsun və aliment ödənməsin. Ev də vermək niyyətində deyillər. Ötən ilin avqustundan uşaqlarıma tək baxıram. Heç onlara maraqlı deyil ki, nə yeyib, nə içirlər. Boşanmada heç bir təzminat tələb etməmişəm. Toydan sonra Kərimin adında dörd maşınımız var idi. Ayrılan kimi tez Kərimin adından maşınlar çıxarıldı. Üçünü satıb, dördüncünü müğənni Rövşənin adına keçirdilər. Mənə əziyyətlər verirlər ki, düşüm. Uşaqlarıma baxa bilməyim, onlar da məndən bezib imtina etsin, atalarını seçsin. “Instagram” səhifəmi belə Kərim sındırıb, ələ keçirdi. Şükür ki, çalışıram övladlarıma hər şey verim. Bir ana kimi üç uşağı istədiyim kimi böyüdürəm”. 

Canana M.İsgəndərlinin “nankor gəlin” ifadəsinə də cavab verib: 

“Nişanladılar, üzük taxdılar, səkkiz il nişanlı saxladılar. Universitetdən çıxardılar. Amma mədəniyyətimi saxladım. Məni çox təklədilər. Mətanət İsgəndərli hər zaman həyatından danışır, onun keçmiş həyat yoldaşı ilə qonşu olmuşam. O bilir ki, mən nə qədər fədakarlıqlar etmişəm. İnsan fədakarlıq edir, amma sonra görür ki, vəziyyət dözülməzdir. Hər dəfə eşidirdim ki, Kərimə deyirlər boşan. O qədər təhqirlərə, haqsızlıqlara dözdüm ki… Sonra məni kirayələrdə ora-bura atdılar. Uşaqları mənə qarşı çevirirdilər. Dözmədim. Boşanmaq istədim deyə, oldum nankor? Çox güclü qadınam, hər şeyin öhdəsindən gələcəyəm”.

Həmçinin oxuyun

Rafet el Roman Bakıda iş adamının qızının toyunda – VİDEO

Türkiyənin pop ulduzu Rafet el Roman Bakıya gəlib. Bu haqda video “Prime TV Azerbaijan”ın Youtube …