Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Mətanət Əsədova Orduya pul köçürməkdən imtina edib? – AÇIQLAMA

Mətanət Əsədova Orduya pul köçürməkdən imtina edib? – AÇIQLAMA

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədova haqqında əsassız informasiya yayılıb.

Yayılan məlumata əsasən, adı çəkilməyən jurnalistin “Siz orduya dəstək üçün pul köçürmüsünüzmü?” sualına belə cavab verib: “Mən aylardır toya getmirəm, məndə pul hardandır, orduya köçürüm?! Mən göyçaylıyam, qarabağlı deyiləm ki, pul köçürüm və deyim ki, nə vaxtsa gedib Qarabağda yaşayacağam. Mən kimdənsə xahiş etməmişəm ki, get, könüllü yazıl, get vuruş, ailən də başsız qalsın.”

Big.az məsələni dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. Mətanət Əsədovaya yayılan məlumatların yalan olduğunu bildirib:

“Mən şokdayam. Əvvəla, mənə heç bir sayt zəng etməyib. Mənə heç bu barədə sual verən də olmayıb. Bütün Azərbaycan qarabağlıdır. Qarabağ bizim qanımızdır, canımızdır, torpağımızdır. Orada şəhid olanlar mənim şəhidlərimidir. Orada döyüşən atalar, qardaşlar mənimdir, gözü yaşlı qalan analar, bacılar mənimdir. O sözü deyən adam müsəlman ola bilməz! Mən xalqımı, torpağımı sevirəm, hədsiz dərəcədə Vətənimə bağlıyam. Vətənimi canımdan artıq sevirəm, xalqımı sevirəm, Prezidentimi sevirəm. Mən azərbaycanlıyam və Vətənim mənim üçün hər şeydən üstündür. Mən elə belə yersiz söz-söhbətlərdən bezib, kənara çəkildim. Sənətim bir yana qaldı, başladılar başqa xəbərlərlə reytinq yığmağa”.

Xanım sənətçi bununla bağlı ölçü götürəcəyini qeyd edib:

“Ayıb olsun, mən ölçü götürəcəyəm. Qayda var, qanun var. Adımdan o yazını yazanlar haqqında ciddi tədbir görüləcək. Bu söz-söhbət indi heç kimə lazım deyil. İndi hamımızın fikiri Qarabağımızdadır. Gözü yolda qalanlarımız, şəhid qarşılayan nişanlı qızlarımız, xonçası yarıda qalanlarımız var. Bizə düşmən baxır, özümüz özümüzə düşmən kəsilməyək! Mən 30 ilimi xalqıma qurban verən sənətkaram. Uşaq deyiləm ki, haqqımda bu boyda şayiə yayılsın! Mənim səhətimdə problem var. Allah görür, qorxun Allahdan! Müğənnilər sizə nə edib?! Nə istəyiriz onlardan?! Başa düşmürlər ki, bir səhv yazı bir insanın həyatını məhv edir. Allahdan qorxun!”

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …