Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / “Məşhurluq məni bədbəxt elədi” – Firəngiz Mütəllimova

“Məşhurluq məni bədbəxt elədi” – Firəngiz Mütəllimova

“Çox gənc yaşlarımda şöhrətə qovuşmuşam. Gülnar obrazı məni tanıtdı və sevdirdi. Amma məşhurluq məni xoşbəxt eləmədi”.

Bu sözləri Xəzər TV-də “Kino mən” verilişinin qonağı olan Xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa bildirib ki, çox gənc yaşlarında əldə etdiyi şöhrət ona xoşbəxtlik deyil, bədbəxtlik gətirib: “Tanınandan sonra mənə elçi düşənlərin sayı-hesabı yox idi. Çaşıb qalmışdım. Bilmirdim onlar məni sevir, yoxsa Gülnarı. Şöhrət başımı qatdığı üçün vaxtında şəxsi həyatımı qaydaya sala bilmədim”.

Keçmiş həyat yoldaşını hörmətlə xatırlayan Xalq artisti daha sonra bunları deyib: “Hazırda həyatımda heç kim yoxdur. Məni ancaq sənətim düşündürür”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …