Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Şou Biznes / Məşhur müğənni canlı efirdə yıxıldı – VİDEO

Məşhur müğənni canlı efirdə yıxıldı – VİDEO

Tanınmış müğənni Aynur Dadaşova canlı efirdə bədbəxt hadisə ilə üzləşib.

Aynur “Space” TV-nin səhər efirində ifası zamanı gözlənilmədən müvazinətini itirirək, arxası üstdə dekorasiyanın üstünə yıxılıb.

Bu anda onun köməyinə proqramın aparıcısı Almaz Ələsgərli gəlsə də, onu yıxılmaqdan qoruya bilməyib. 

Verilişin qonaqları müğənni Niyam Səlami təəccübünü, aktyor-parodiyaçı Məcid Hüseynov isə gülməkdən özünü saxlaya bilməyib.

Canlı efirdə yayımlanan görüntülər isə sosial mediada müzakirə predmetinə çevrilib. 

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …