Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Şou Biznes / Məşhur modeldən Zaur və Tünzaləyə: “Özlərini qoyublar artistliyə” – VİDEO

Məşhur modeldən Zaur və Tünzaləyə: “Özlərini qoyublar artistliyə” – VİDEO

“Zühal Topalla izdivac” verilişindən məşhurlaşan azərbaycanlı gəlin namizəd Esmira qalmaqallı açıqlama edib.

BAKU.WS-in məlumatına görə, o, şəxsi “Instagram” hesabında aparıcı Zaur Baxşəliyev və əməkdar artist Tünzalə Əliyevanın ünvanına kəskin fikirlər söyləyib.

 O, “Toppuş bacı”dan reytinq xatirinə istifadə olunduğunu bildirib:

“Hal-hazırda baxırıq hər yerdə “Toppuş bacı”dan söhbət gedir. Düzdür, hamının problemi, xəstəliyi ola bilər. Allah hamıya şəfa versin. Bu lağlağı olacaq bir şey deyil, lağlağıya da qoymuram. O qədər xəstə insanlar, o qədər ölümlə üz-üzə olanlar var. Heç onları çıxardıb Zaur reklam etmir, tutub Tünzaləni reytinq xətrinə reklam edir. Mən özüm də belə bir verilişdə olmuşam. Əvvəllər evlilik verilişində bizə də ssenari yazırdılar ki, ağlayın, gülün, danışın. Aparıcı bizi ağladırdı, özlərini artistliyə qoyurdular. Elə həmçinin də Zaurun verilişi – özlərini qoyublar artistliyə. Bir dənə Tünzaləni otuzdurublar orada. O qədər Azərbaycanda xəstə, şikəst, kasıb, maşını olmayan ailə var. Tünzalənin maşını var, əri sürür. Mən bir dəfə də görmədim ki, onun əri öz səhifəsində Tünzalə haqqında nəsə paylaşsın”.

Xatırladaq ki, ATV-də yayımlanan “Bizimləsən” verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası sosial şəbəkələrdə günlərdir müzakirə mövzusudur.

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …