Şənbə , Mart 2 2024
Ana səhifə / Şou Biznes / Məşhur Azərbaycan serialının çəkilişi zamanı QORXUNC HADİSƏ: uçurumdan…

Məşhur Azərbaycan serialının çəkilişi zamanı QORXUNC HADİSƏ: uçurumdan…

“Könül yarası” serialının çəkiliş heyəti çətin anlar yaşayıb.
Publika.az xebər verir ki, “Könül yarası” serialının çəkilişlərində aktyorlar uçurumdan yıxılmaq təhlükəsi ilə üzləşib. Badamdar ərazisində keçirilən çəkilişlər zamanı hava şəraitinində pis olması nəticəsində gərgin anlar yaşanıb. Çəkiliş heyəti və balaca aktrisa qız uçurumdan yıxılmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.
Serialın operatoru Seymur qorxu dolu anlar yaşadıqlarını bildirib:
“Hava çox soyuq və küləkli idi. Biz də uçurumda idik, intihar səhnəsini çəkirdik, elə an yaşandı ki, az qala uçurumdan yıxılacaqdıq. Allaha şükür hər şey yaxşı qurtardı”.
Qeyd edək ki, “Könül yarası” serialı həftəiçi hər gün 19:00-da ARB telekanalında yayımlanır. Baş rollarda Fidan Axundova və İbrahim Çingiz çəkilir.

Həmçinin oxuyun

Xərçəngə tutulan Zeynəb Həsəninin vəziyyəti ağırlaşdı

Müğənni Zeynəb Həsəninin səhhəti pisləşib. Bu barədə aparıcı Zaur Nəbioğlu “Rəngarəng səhər” verilişində məlumat verib. …