Ana səhifə / Şou Biznes / “Məram” (QHT) “Prezidentə dəstək verək” kompaniyasına start verdi

“Məram” (QHT) “Prezidentə dəstək verək” kompaniyasına start verdi

Prezident İlham Əliyev 28 may Respublika günündə çıxış edərək ölkədə mövcud olan mənfi halların aradan qaldırılması üçün ictimaiyyətə müraciət etdi.
Biz (Məram QHT) bu müraciətdən ilham alaraq “Prezidentə dəstək verək” kompaniyasına start verdik.
Bu çərçivədə – “İctimai məkanlarda sanitar-epidemioloji durum, problemlərin həlli yolları və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsi” mövzusunda layihəni təqdim edirik.
“İctimai məkanlarda sanitariya-epidemioloji durum, problemlərin həlli yolları və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsi” mövzusunda konfrans
Azərbaycanda daimi fəaliyyət göstərən ticarət mərkəzlərində, xüsusilə qida məhsullarının satışı ilə məşğul olan bazarlarda sanitar-epidemioloji durum ürəkaçan səviyyədə deyil.
Apardığımız müşahidələr göstərir ki, bu sahəyə cavabdeh qurumlar vəzifələrinin öhdəsindən gələ bilmir. Obyektivlik naminə qeyd edək ki, bu məkanlar hər gün fəaliyyət göstərdiyi üçün aidiyyatı orqanlar tərəfindən lazımi gigiyenik, əks-epidemik, dezinfeksiya və s. tədbirlərin görülməsini mümkünsüz edir.
Bunun nəticəsində alış-veriş mərkəzlərindəki antisanitar vəziyyət əhalinin sağlamlığına ciddi təhlükə törədir, bir çox xəstəliklərlə yanaşı, özünü dərhal biruzə verməyən son dərəcədə təhlükəli yolxucu xəstəliklərin yayılmasına münbit şərait yaradır.
Bazarlarda hələ də ət və süd məhsullarının sanitar-gigiyenik normalara cavab verməyən (açıq şəkildə, xüsusi qablaşdırma və s. olmadan) satışına rast gəlinir. Adı çəkilən məhsullar və yerlər hava vasitəsilə (toz, his, yağış və s.) çirklənir, bakteriyaların, virusların, həşəratların məskəninə çevrilir.
Gəldiyimiz qənaət budur ki, ümumilikdə bu sahədə yaranmış olduqca neqativ vəziyyətin aradan qaldırılması üçün bir sıra mütəmadi profilaktik tədbirlərin və islahatların həyata keçirilməsinə ehtiyac var. Məqsədəuyğun hesab etdiyimiz işlər bunlardı:
1.Hər həftənin birinci iş günü adi, ayda bir dəfə isə kompleks sanitar-epidemioloji, sanitar-texniki, texniki təhlükəsizlik (elektrik naqillərin yoxlanması və s.), digər profilaktik tədbirlərin və təmizlik işlərin görülməsi.
2.Əmək şəraitinin yaxşılaşdırılması.Üstü açıq məkanlarda düzbucaqlı çətirlərin, soyuq aylarda isə kiçik həcmli kabinlərin qoyulması və s.
3.Xidmət göstərən personalın (satıcı, fəhlə, mühafizəçi və s.) mütəmadi olaraq tibbi müayinədən keçməsi.
4.Satıcıların, digər işçilərin vahid geyimlə (bu geyim milli üslubda da ola bilər) təmin olunması (bu formaların tətbiqi personalın tanınması ilə yanaşı, estetik görünüş baxımından da əhəmiyyətlidir).
5.Ət və süd məhsullarının, həmçinin digər tez xarab olan məhsulların daha ciddi yoxlanması və gigiyenik normalara uyğun qapalı qablarda, soyuducularda saxlanması. Həmçinin bu məhsulların satışı ilə məsğul olan şəxslərin əlavə olaraq əlcəklə, dezinfeksiya vasitələri ilə təmin edilməsi.
6.Hər satış sırasının müəyyən hissəsində sanitariya qovşaqlarının (axar su, təmizləyici vasitələr və s.) quraşdırılması.
Qeyd edək ki, təkliflərimiz Azərbaycan Respublikasının qanunvericiliyinə, müvafiq normativ aktlara uyğundur.
Hesab edirik ki, əhalinin sanitar-epidemioloji salamatlığı və ümumiyyətlə, təhlükəsizliyi, sosial rifahı üçün sadaladığımız işlərin görülməsi olduqca vacibdir.
Azərbaycan sürətlə inkişaf edən ölkə kimi bir çox sahələrdə parlaq uğurlar əldə edib.Ölkəmiz mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkana çevrilib.Bu da öz növbəsində ölkəmizə gələn qonaqların,turistlərin sayının günü-gündən artmasına səbəb olur.Bu baxımdan qeyd etdiyimiz təkliflərin əhəmiyyəti daha da artır.
Hörmətlə, ölkə ictimaiyyətinə və əlaqədar qurumların diqqətinə ”Məram” İctimai Birliyi tərəfindən təqdim olunur.
Bizimlə əlaqə: www.meram.az
Facebook.com/[email protected]
Telefon:(012) 408-13-96; (050) 201-90-41

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın