Cümə , Fevral 3 2023
Ana səhifə / Şou Biznes / Mənsum İbrahimov: ”Hər birimizin günahı var”…

Mənsum İbrahimov: ”Hər birimizin günahı var”…

“Bu böyük bir səhvdir. Burada nəinki gənclərin, daha çox cəmiyyətin günahı var”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan gəncdən danışarkən deyib. Xalq artisti belə hadisələrə münasibətinin mənfi olduğunu açıqlayıb: “Üzeyir bəy Hacıbəyov bizi dünyaya tanıdan bəstəkar, milli musiqimizin banisidir, hər birimiz ona hörmət etməliyik. Düşünürəm ki, Azərbaycanın böyük şəxsiyyətləri orta məktəblərdə, baxçalarda, cəmiyyətdə, gənclər arasında və ailələrdə daha çox təbliğ olunmalıdır ki, gənclik onları yaxşı tanısın. Çox təəssüf…Bəzən görürsən ki, bizim gəncliyimiz böyük şəxsiyyətləri yaxşı tanımırlar. Yəqin biz onları az təbliğ edirik”. 
Mənsum İbrahimov hesab edir ki, Üzeyir bəyə ayaqqabı atan gənc bunu düşünmədən edib:ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. “Mən gənclik haqqında yaxşı düşünürəm. Ona görə ki, Qarabağı alan, böyük qəhrəmanlıq  göstərənlər də igid gənclərimizdir. Düzdür, aralarında tək-tük pis olanları da var, amma biz də cəmiyyət olaraq bundan narahat olmalıyıq”. 
Qeyd edək ki, bir neçə gün öncə Bakıda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub. Görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar. DİN-in mətbuat xidmətinin məlumatına əsasən Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərdən biri həbs edilib, digəri cərimələnib. 

Həmçinin oxuyun

Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən 9 min pul alsa da, şikayətini geri götürmədi

Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur …