Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Mənimlə yanaşı adının çəkilməsi kimlər üçünsə şərəf olar – VİDEO

Mənimlə yanaşı adının çəkilməsi kimlər üçünsə şərəf olar – VİDEO

Efirdən kiminsə adının mənimlə çəkilməsi onun üçün şərəf ola bilər.

Oxu.Az xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu  “Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” verilişində son günlər onun haqqında danışanlara efirdə cavab verməməsi səbəbindən bəhs edərkən deyib.

“Mən efir vasitəsilə cavab vermirəm. Lazım olanların cavabını şəxsən verirəm. Amma bu barədə mətbuata yazmağa razı olmuram. Çünki bəzilərinə mənimlə adının çəkilməsi şərəf olar. Ona görə də, sözümü özlərinə deyirəm. Ondan sonra yerlərinə otururlar”, – deyə müğənni bilidirib.

Şəbnəm Tovuzlu əlavə edib ki, kimsə onu sındıra bilməz:

“Eyni zamanda mənə toxuna bilməzlər. O cür insanlar haqqında danışmağım onlara şərəf olar. Yalnız haqsızlıq olan yerdə cavab verirəm”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …