Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / “Məni zəhərləmək istəyirdilər…” – Zülfiyyə Xanbabayeva

“Məni zəhərləmək istəyirdilər…” – Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, uzun müddətdir ekranlarda görünməyən Xanbabayeva verilişdə maraqlı açıqlamalar verib. O, bəzi həmkarlarının ifasını şərh edərək illər öncə Tarkanın konsertində yerli şou nümayəndələri tərəfindən təşkil olunan təxribatdan danışıb:

“Dəfələrlə mənə qarşı təxribatlar olub. Özü də bunu təşkil edən müğənnilər olub. Kim olduqlarını bilmişəm, lakin onlara bildirməmişəm. Mən konfliktə getmirəm. Çünki emosional adamam və özümü itirə bilərəm. Bir təxribat Tarkanın konsertində baş vermişdi. Konsert ərəfəsində bir şey verib zəhərləmək istəyirdilər. Bu bir restoranda baş vermişdi və mən buna hazırlıqsız idim. Gözləmirdim. İndi onlarla görüşəndə salamlaşıram. Allahın salamıdır”.

Məşhur müğənni səmimiyyət mövzusunda da danışıb: “Səmimiyyəti bizdə başqa cür anlayırlar. Bunu fərqli şeylərlə qarışdırırlar. Efirdə ağzıma gələni danışıramsa, bunun özü səmimiyyətsizlikdir. İstəmədiyim insanlarla salamlaşanda səmimiyyətsiz oluram. Alınmır, elə insanlar var ki, onlarla salamlaşmalısan. Həmkarlarım arasında da məni səmimiyyətsiz adlandıranlar olub.

İnsanın nəyi azdırsa, həmişə ondan danışmağı çox sevir. Həyatda gülən, danışan və pozitiv bir insanam. Amma efirdə bunları görmürsüz. O cəsarət məndə yoxdur. Bir efir həyatı var. Efir çox təhlükəli bir şeydir. İllərdir yığdığın hörməti bir anda yox edə bilərsən. Gənclikdən bəri çox nəzarətdə olmuşam, amma bu məni yorub. Peşman deyiləm, bəhrəsini də görürəm”.

 

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …