Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / “Məni Rəşid Behbudovla müqayisə edirlər” – İnternetdə məşhurlaşan çoban

“Məni Rəşid Behbudovla müqayisə edirlər” – İnternetdə məşhurlaşan çoban

Sosial şəbəkələrdə ifası ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovun sədası Türkiyədən gəlir. Qardaş ölkənin milyonlara tamaşaçısı olan televiziya kanalları bahalı efir saatlarında azərbaycanlı ifaçının videolarına yer ayırır. Artıq bir neçə gündür ki, Star TV, ATV və digər telekanallarda Pərvinin videogörüntüləri nümayiş etdirilir, xəbərlər proqramlarında ondan bəhs edilir.

Sosial şəbəkədə yayılan bir video ilə məşhurlaşan Pərvin Səfərov AzVision.az-a müsahibəsində Türkiyədən iş təklifi aldığını deyib.

– Türkiyənin bir çox kanallarında mənimlə bağlı veriliş yayımlanıb. Onlar ifamı bəyəndiklərini deyirlər. Türkiyənin ən məşhur xəbər agentliklərində, “hürriyət.com” saytında da mənimlə bağlı yazılar dərc olunub. Qardaş ölkədən mənə hər gün zənglər gəlir. Ötən gün məşhur “Fox TV”-dən mənə zəng edib, iş təklif etdilər. “Sən istə yetər” proqramında həftə içi beş gün ifaçı kimi işləməyimi istəyirlər. Bildirdilər ki, müqavilə bağlanacaq, hər ay yüksək məbləğdə maaş veriləcək. Otel, bilet xərclərimi də onlar ödəəyəcəklər. Türkiyənin ATV kanalında yayımlanan “İzdivaç” proqramına da dəvət almışam.

– Acun Ilıcalı sizə iş təklifi edib?

-Dedilər ki, bu barədə qətiyyən məlumat verməyin, sürpriz qalsın. Türkiyənin ATV kanalından da mənə dəvət gəlib. Bilet və orada qalmaq xərclərimi özləri ödəyəcəklər. Hələ ki getmirəm. Bu barədə fikirləşirəm.

-Niyə getmirsiniz?

-İstəyirəm ki, dövlətimiz mənə dəstək olsun. Bayağı mahnılarla yaddaşlarda qalmaq istəmirəm. Məni Rəşid Behbudovla müqayisə edirlər. Təhsil almaq istəyirəm. İmkanım olmadığı üçün ödənişli təhsil ala bilmirəm.

– Toylara gedirsiniz?

-Bəli, toylara dəvət edirlər. Mən sırf toy müğənnisi olmaq istəmirəm.

– İndi nə işlə məşğul olursunuz?

– Kənddəyəm, heyvanlarımı otarıram. Bundan əlavə Kənd Mədəniyyət evində çalışıram.

-Ölkədən getmək fikriniz var?

– Təkliflər üzərində fikriləşirəm. Azərbaycanda işlərim alınmasa, çıxıb gedəcəyəm.

– Yerli telekanallar sizi efirlərinə dəvət etmirlər?

-Bir dəfə Xəzər TV-ə göstəriblər. Başqa heç bir kanal məni ifaçı kimi efirə dəvət etməyib. Bu gün bütün Türkiyə kanllarından mənə zənglər gəlir. Amma öz kanallarımız bunu etmirlər.

– Bir müddət əvvəl konservatoriyaya qəbul olmağınızla bağlı məlumat yayılmışdı. Bu doğrudur?

-Xeyr, məni qəbul etmədilər. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan keçə bilmədim. Cəmi 18 bal topladım. 7 balım çatmadı. Gözləyirdim ki, mənə güzəşt edərlər, amma etmədilər. Hər işdə bir xeyir var. Bizimkilər unutsalar da Türkiyədə diqqət mərkəzindəyəm. Amma mən vətənimdə olmaq, burada tanınmaq istəyirəm.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın