Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Şou Biznes / “Məni evə bağlayırdı, telefonumu götürüb gedirdi”

“Məni evə bağlayırdı, telefonumu götürüb gedirdi”

Yeddi ay öncə ailə həyatı quran tanınmış müğənni Mina Hüseynova boşanmağı haqda danışaraq ərinin onun barədə səsləndirdiyi iddialara münasibət bildirib.

Müğənni “MTV maqazin”ə açıqlamasında ailəsinin dağılmasını istəmədiyini bildirib: “Çünki ailəyə müqəddəs kimi yanaşırdım. Ana olmaq istəyirdim. Nikahın ilk günü dedi ki, instaqram bağlanacaq və sənətdən uzaqlaşacaqsan. Zatən mən efirlərə çıxanda, müsahibələr verəndə deyirdim ki, ailə qurandan sonra hər şeyi bağlamağa hazıram. Amma o təqdirdə ki, ailə quranda yoldaşım mənə dəstək olacaq”.

O qeyd edib ki, əri ona pis münasibət göstərib: “Məni evə bağlayırdı, telefonumu götürüb gedirdi. Qohumlarımla görüşə bilmirdim. Qapını bağlayırdı, gözləyirdim ki, qayıdacaq anama zəng edəcəm”.

Minanın sözlərinə görə, nişanlı olan vaxtda münasibətləri yaxşı olub: “Mənə demişdi ki, üç evim var, heç nəyə ehtiyacın olmayacaq, səni təmin edəcəyəm, amma sənəti atacaqsan. Mən də razılaşdım. Amma aylar keçdikcə gördüm ki, bu insan məni aldadır. Kirayə tutdu, 3 ay orada qaldıq. Dedi, yeni evə köçəcəyik, köçmədik. Dedim ki, instaqramı açım, işimin başına qayıdım, sənin nəzarətin altında gedib-gəlim. Aylarımı aldı, aldatdı. Axırda etiraf etdi ki, yalan danışmışam: nə evim var, nə sənə baxacaq pulum. Mənə dedi ki, vətəndaşlıqdan çıx, gedək Fransaya, orada taksi sürücüsü işləyim.

Gördüm ki, uçuruma gedirəm. Onunla bir yerdə qalmağım mümkün deyildi. Oktyabrın 9-da əşyalarımı götürüb köçdüm. İki vəkil tutdum, həftənin birinci günü rəsmən boşanacağıq. Amma sonradan özü çıxıb deyir ki, guya boşanmaq üçün ərizəni o verib. Buna da səbəb mənim onunla olan şəklimi paylaşmağımdır. Həyat yoldaşımsan, özün məni seçmisən, niyə fotonu paylaşmamalıyam? Hamı soruşur kimdir, biri deyir 50 yaşlı kişiyə gedib, biri deyir türkdür, biri deyir kiminsə əridir. Niyə ərimi gizlətməliyəm? İndi deyir ki, mənim fotomu paylaşırsan və məhkəməyə verəcəm. Harada elə qanun var ki, ərini paylaşmaq olmaz?”.

İfaçının sözlərinə görə həyat yoldaşının ailəsi bu nikaha razı olmayıb: “Valideynləri istəmirdi. Gediş-gəliş yox idi. Ancaq evimizə tort, aş göndərirdi. Anamgillə də münasibət yox idi. Çünki narazı idilər. Biz azad insanlar kimi qərar verib evlənmişik.

Bu insan məni hava almağa da qoymurdu. Deyirdi ki, mənim anam salona getməyib bütün gün evdə olub. Mən də səni anam kimi görürəm. Anam kimi olacaqsan. Bütün gün ev işləri ilə məşğul olmalısan. Onunla hətta psixoloqa da getdik. Amma heç nə dəyişmədi”.

Qafqazinfo

Həmçinin oxuyun

Doğuş anasının qarşısında diz çöküb ağladı – “Onu bağışladım”

“Hər kəsin ziyarətçisi gələrdi, bir mənim gəlməzdi. Həqiqətən anamı övladlarım dünyaya gələndən sonra bağışladım. Bunu …