Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Şou Biznes / “Mən məşhur olanda Vasif Məhərrəmlini tanıyan yox idi” – Vüsal Əliyevdən həmkarına SƏRT SÖZLƏR — VİDEO

“Mən məşhur olanda Vasif Məhərrəmlini tanıyan yox idi” – Vüsal Əliyevdən həmkarına SƏRT SÖZLƏR — VİDEO

2000-ci illərin məşhur müğənnisi Vüsal Əliyev həmkarı Vasif Məhərrəmlini tənqid edib.

“Ölkə.Az”-ın məlumatına görə, sənətçi V.Məhərrəmlinin “Vüsal Əliyev Üzeyir Mehdizadə qədər tanınmırdı” sözünə belə reaksiya verib:

“Bu yaxınlarda efirdə Üzeyir Mehdizadənin Türkiyədə populyar olmasından söhbət gedirdi. Rəqsanə İsmayılova mənim adımı çəkdi. Vasif Məhərrəmli bildirdi ki, Vüsal Əliyev Üzeyir qədər məşhur olmayıb. Sənin son iyirmi ildə “Bakılı qız”dan başqa neçə mahnının adını çəkə bilərsən? Azərbaycandan hansı müğənni Türkiyənin İstanbul şəhərində iyirmi minlik “İstanbulspor” stadionunu doldura bilib. Vüsal Əliyev məşhur olanda Vasif Məhərrəmlini tanıyan yox idi. İki ay efirə çıxmasın, görüm mənim kimi yadda qala bilirmi. Öz mahnılarından da danışsın da. Görək başqa hansı mahnılarla yadda qalıb. Heç kimlə işi olan insan deyiləm. Amma haqsızlığa qarşı da dözümüm yoxdur. İnsan gərək doğrunu deyə”.

Qeyd edək ki, ən populyar dövrü 1998-2004-cü illərə təsadüf edən Vüsal Əliyevlə müsahibəni sabah saytımızdan oxuya bilərsiniz. Sənətçi Şəbnəm Tovuzlu müsahibədə indiyədək heç yerdə etmədiyi etiraflar edib, barəsində açılan cinayət işi barədə detalları açıqlayıb.

 

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …