Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Mən həyat yoldaşımı Azərbaycana səfər etmək fikrindən daşındırdım” – Corc Kluni

“Mən həyat yoldaşımı Azərbaycana səfər etmək fikrindən daşındırdım” – Corc Kluni

Hollivud aktyoru Corc Kluni etiraf edib ki, öz xanımı Amal Klunini Azərbaycana səfər etmək fikrindən daşındırıb.

Məşhur aktyorun bununla bağlı fikirlərini The Hollywood Reporter yayıb.

Xatırladaq ki, məşhur Britaniya vəkili Amal Kluni vaxtilə Bakıda 7,5 il azadlıqdan məhrum edilmiş Azərbaycan jurnalisti Xədicə İsmayılovanın maraqlarını müdafiə edirdi. Kluni onun işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına nail oldu. Daha əvvəl isə həmin Kluni Avropa Məhkəməsində “ermənilərin soyqırımı”nın inkarında ittiham edilmiş Perinçekin işi üzrə prosesdə ermənilərin maraqlarını təmsil edirdi. Kluni o prosesi biabırcasına uduzdu.

“Necə oldusa, Amalla razılaşdıq ki, işimizdə bizi təhlükəli vəziyyətlərə qoymağa imkan verməyəcəyik. Bu o vaxt idi ki, Amal Maldivlərdə idi və sabiq prezident Məhəmməd Naşedin həbsxanadan azad olunmasına nail olmağa çalışırdı. O nəhayət,  Maldivləri tərk edəndə Azərbaycana getmək istəyirdi, onda orada onun daha bir müştərisi var idi”, – deyə Corc Kluni bildirib.

Hollivud aktyoru etiraf edib ki, öz arvadını Azərbaycana səfər fikrindən daşındırmaq üçün onunla sövdələşməyə getməyə məcbur olub: “Mən ona müqaviləmizi xatırlatdım. Mən Cənubi Sudana  səfərimi ləğv etməyə razılaşdım, o da Azərbaycana səfərdən imtina etməli idi. Və o razılaşdı”.

Corc Kluni onu da deyib ki, “İslam dövləti” təşkilatının terrorçularından qaçmış İraq kürd qaçqınına öz evində sığınacaq verib.

Sığınacaq alan şəxs İraqın şimalındakı Mosul şəhərinə gedərkən İŞİD yaraqlıları tərəfindən avtobusa hücum edilib. Qaçqın möcüzəli şəkildə oradan sağ çıxmağı və ABŞ-a gəlməyi, müvafiq orqanların bütün yoxlamalarından keçməyi bacarıb.

Aktyor qeyd edib ki, o və onun xanımı Amal qaçqını özlərinin  Kentukki ştatındakı evlərində məskunlaşdırıblar və ona təhsil almasında dəstək təklif ediblər. Kürd qaçqını hazırda tələbədir və Çikaqo Universitetində uğurla təhsil alır.

Virtualaz.org

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın