Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / “Mənə baxanda görmürsünüz ki, hansı yuvanın quşuyam?” – VİDEO

“Mənə baxanda görmürsünüz ki, hansı yuvanın quşuyam?” – VİDEO

“Sənətkarı xalq saxlayar. Etiraf edim ki, evimizdə hazırda heç kim maaş almır. Amma o qədər xalqın məhəbbətini qazanmışam ki, təlabatın çoxluğundan məni toylarına çağırırlar. Tələb olunuramsa, toylara da, şou proqramlara da gedəcəyəm”.
Bu sözləri Əməkdar artist Elza Seyidcahan “ATV Maqazin 10larla” proqramında “33 sual” rubrikasının qonağı olan zaman deyib.
Sənətçi “borc içində üzdüyü”nü etiraf edib: “Dövlətin də dövlətə borcu var. Banka borcum var. Avtomobilim belə kreditdədir. Heydər Əliyev Sarayında konsert verdim. Konsertin üzərindən aylarla vaxt keçsə də, hələ də borclarımı bağlaya bilməmişəm. Bir manat da olsun pul qazanmadım, amma 70 min manat konsertə xərcim çıxdı”.
“Heyfsilənirəm ki, sənətçilər sənətlərinin yox bədənlərinin üstünə düşürlər”, – deyən Əməkdar artist məsələni müğənnilərin keçirdiyi plastik əməliyyatlar mövzusuna calayıb: “Bütün günü bədənini doğrayıb, kəsdirir. Başı da ki boşdur”.
Qalmaqallı açıqlamaları ilə gündəmi alt-üstən edən Elza onu parodiya edən müğənni Xatun Əliyevaya sərt ismarıc yollayıb:
“Parodiyanı məndən istifadə etmək xatirinə edir. “Toydan toy tutmaq” məsələsi. Xatun mənim yaradıcılığımı gülüş kimi qələmə verir. Onların gününə ağlayıram. Ürəyimdə deyirəm ki, bu özünü niyə bu günə salır. Deyirəm ki, kaş mən də bunlara gülə bilərdim. Amma gülə bilmirəm, çünki gülməli deyillər, ağlamalıdırlar”.
Rubrikanın müxbirinin “Nazpərinin nazı, Xumarın cazibəsi, yoxsa Rozanın vücudu?” sualına E.Seyidcahanın cavabı belə olub: “Üçü də Xumar Qədimovadır. Xumara baxıb, onları görürəm”.
Elza skripkaçı oğlu Əkbərlə küsülüyündən danışıb, pərdəarxası məqamları gün üzünə çıxarıb:
“Oğlum ailə söhbətlərimizi danışmağı sevmir. Mən anayam, oğlumla dalaşa da, küsə də bilərəm. Bu, normal haldır. Camaatın ailəsində oğullar min hoqqadan çıxırlar. Qulaqlarına sırğa taxıb, dodaqlarına gel vurdururlar. Sonra da evlənib, ata olurlar. Heç mən onlara sual vermirəm ki, sənin oğlun niyə belədir? Övladlarımı cəzalandıra bilərəm. Anam mənimlə beş dəfə küsüb, barışır. Oğlum mənə deyir ki, toya getmə, otur evdə. Övladın nə qədər mənfi cəhəti olsa, ana bunları dilinə gətirməməlidir. Çünki onun anası mənəm”.
Müğənni “Yenidən ailə quracaqsınız?” sualına “Övladları atanın üstünə atıb, həyatımı sürməmişəm”, – cavabını verərək, fikirlərinə belə davam edib:
“Konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alaraq, uşaqlarımı “Bülbül” adına məktəbdə oxutdurmuşam. Kirayə və ya anamla bir evdə qaldığım günlərim də olub. Təmirsiz və şəraitsiz qaldığım günlərim də olub. Lakin övladlarımı heç bir zaman atmamışam. Gəliblər ki, ver uşaqları biz baxaq. Demişəm ki, uşaqlarımı atalarına versəm, yaşaya bilmərəm. Xarici ölkələrdə işləmək üçün çoxlu təkliflər alırdım. Razılaşsaydım, bəlkə də indi zəngin bir xanım idim. Daha gözəl ailəm və övladlarım ola bilərdi. Məni məcburən evləndiriblər. İstəməyə-istəməyə mənə elçi gəlib, yatdığım yerdə məni ərə veriblər. Övladlarıma sahib çıxmışam. Onları evləndirib, ikisinin də gözəl toylarını keçirmişəm. Mənim oğlumun birinci evliliyi alınmadı. Lakin mən ona ikinci dəfə böyük toy etdim. Bunu hansı ata və ana edər? Övladlarıma canımı vermişəm. Heykəl qoyulası valideyinəm. Əgər yenidən ailə qurmaq kimi fikrim olsaydı, bəzi qadın və analar kimi gedib ayrı yaşayardım. Uşaqlarım da, mən də ayrı kirayədə yaşayardıq. Deyərdim ki, mənə toxunmayın. Ataların bir misalı var, deyir, görünən kəndə nə bələdçi?
Siz mənə baxanda görmürsüz ki, mən nə yuvanın quşuyam?!”

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …