Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / “Mənə əsəbiləşmək olmaz, coşuram” – Nüşabə Ələsgərli

“Mənə əsəbiləşmək olmaz, coşuram” – Nüşabə Ələsgərli

“ARB Ulduz”un “Virtual Həyat” verlişinin qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

Əməkdar artist heç vaxt özünü düşünmədiyini dilə gətirib:

“İnsanın nigaran qaldığı, gözünün arxada qaldığı məqamlar var. Gec-tez hər kəs öləcək. Hətta mənim anam dünyasını dəyişməmişdən öncə kövrəlib ağlayırdı. Soruşdum ki, ana, niyə ağlayırsan, ölümdən qorxursan? Cavab verdi ki, yox, balalarım yetim qalacaq. Mənim anam da özünü düşünmürdü, bizi düşünürdü”.

Müğənni dilindən çıxan sözlərin sonra ona yönəldiyindən söz açıb:

“Jurnalistlər sual verirlər mənə. Onlara cavab verirəm. Cavabın ardınca deyirlər ki, bu da öldü özünü reklam eləməkdən. Sual verirsiz, cavab verirəm də. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, nə siz sual verin bu barədə, nə də mən cavab verim. Çünki sual qalır bir tərəfdə, hamı cavabı müzakirə etməyə başlayır. Mənə əsəbiləşmək olmaz. Çılğınam, coşuram. İstəmirəm ki, tamaşaçı məni o vəziyyətdə görsün”.

Nüşabə Ələsgərli ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …