Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Məmurların fermerlərə barmaq silkələməsi doğru deyil” – EKSPERT

“Məmurların fermerlərə barmaq silkələməsi doğru deyil” – EKSPERT

“Azərbaycanda ərzaq məhsullarının satış qiymətinin maksimum səviyyəsi ilə bağlı bəlli bir qadağa yoxdur və olması da düzgün olmaz”.
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildiirb. Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində fermerlərin fəaliyyətinə bu kimi müdaxilələr ölkə iqtisadiyyatına ciddi ziyan vurmaqla yanaşı, məhsul qıtlığına da səbəb olur:
“Mən hər zaman məmurların fermerlərin fəaliyyətinə müdaxiləsinin əlehinə olmuşam. Məmurların fermerlərə barmaq silkələməsi, onun fəaliyyətinə müdaxilə etməsi doğru deyil. Məmurun işi fermerin istehsal etdiyi məhsulun neçəyə satılacağını müəyyənləşdirmək, ona bu məsələdə qadağa qoymaq deyil. Ölkədə azad bazar iqtisadiyyatı mövcuddur və fermerlər öz məhsullarını istədikləri qiymətə sata bilər. Məmurların fermerlərin fəaliyyətinə bu cür müdaxiləsi məhsul qıtlığına, kasadlığa səbəb olur. Çünki bəzi hallarda fermerlərə elə qiymət təklif olunur ki, bu qiymətə məhsul becermək fermerə sərf etmir. Nəticədə məhsul istehsalına maraq azalır.
Məmurların işi fermerlərə dəstək olmaq, məhsul bolluğunun yaranmasına kömək etməkdir. Bunun xaricində onların fermerlərə hər hansı müdaxiəsi yolverilməzdir və bu cür müdaxilələr ölkə iqtisadiyyatına yaxşı heç nə vəd etmir”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın