Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / “Məmurlar dollar qripinə yoluxub” – Partiya sədrindən ilginc açıqlama

“Məmurlar dollar qripinə yoluxub” – Partiya sədrindən ilginc açıqlama

“Onların qulağını Hafiz Hacıyev kəsəcək”.
Bu sözləri Femida.az-a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri bildirdi ki, baş verən proseslər müxalifətin ayağına yazılmamalıdır: “Bəzi hallarda səhvən müxalifəti reklam etmiş oluruq. Ölkədə baş verən prosesləri müxalifətin ayağına yazmaq onları şişirtmək deməkdir. Bu ancaq onları reklam etməyə yarayır. Biz onları reklam etməməliyik. Ölkədə müxalifət yoxdur. Onlar ölü bir məfhumdur. Ona görə də düşünürəm ki, ölkədə gedən bu proseslərin kökündə bahalaşma və müəyyən qüvvələrin ölkə prezidentinə xəyanəti dayanır. Bu gün bəzi məmurlar ölkə başçısına xəyanət edirlər. Güman ki, həmin məmurlar dollar qripinə yoluxub. Həmin xəstəliyin simptomlarıdır ki, onlar korrupsiyaya bulaşır, qeyri-qanuni əməlləri ilə yadda qalırlar. Amma həmin məmurlar unutmasınlar ki, Hafiz Hacıyev onların qulağını kəsər”.
Hafiz Hacıyev onu da qeyd etdi ki, hamımız bir nəfər kimi ölkə başçısının ətrafında birləşməliyik: “Ölkəni bir şəxs idarə edir. Bu gün hamımız prezidentimizin ətrafında birləşməliyik. Prezidentin tapşırıqları bəzi hallarda yerinə yetirilmir. Bütün məmurlar ölkə başçısından nümunə götürməlidir. Onlar öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirməlidir. Belə olduğu təqdirdə ölkədə etiraz aksiyaları da təşkil olunmaz”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın