Ana səhifə / Şou Biznes / Məktəblərdə Avropa Oyunları ərəfəsində pul yığılır

Məktəblərdə Avropa Oyunları ərəfəsində pul yığılır

Təhsil Nazirliyi valideynlərə müraciət edib. Müraciətdə deyilir ki, son günlər bəzi təhsil müəssisələrində Avropa Oyunları bəhanəsi ilə şagirdlərdən pul yığılması haqqında sosial şəbəkələrdə şərh yazılır və KİV-də məlumatlar verilir.

Nazirlik xəbərdarlıq edir ki, valideynlər belə bir faktla qarşılaşacaqları halda dərhal nazirliyə məlumat versinlər.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Nazirlikdən deyiblər ki, bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur:“Hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar.

Əgər belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıqdır və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir.

Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın