Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Məhv olmuş həyatlar: böyük pulların gətirdiyi faciələr

Məhv olmuş həyatlar: böyük pulların gətirdiyi faciələr

Bu ilin mayında Rusiya vətəndaşının lotereyada 364 milyon rubl (6,1 mln dollar) udması böyük səs-küyə səbəb olmuşdu. Çünki qalib olmuş Soçi sakini uduşun arxasınca uzun müddət gəlmədi. 

KİV-də lotereya udan şəxsləri barədə məlumatlar mütəmadi olaraq peyda olur. Ötən il ABŞ-ın Pensilvaniya ştatından olan iki qardaş Powerball lotereyasında 291 milyon dollardan çox məbləğ udmuşdular.

Lakin, bu rekord deyil. Nyu-York şəhərindən olan təqaüdçü müəllim 2015-ci ildə Mega Millions lotereyasında 326 milyon dollar udub. 80 yaşlı Harold Daymondun sözlərinə görə, ilk növbədə onlar həyat yoldaşı ilə Havay adalarına istirahətə gediblər. Pulun qalan hissəsini neyləcəyini isə özü də bilmir. O, bütün gününü evdə keçirən və heç nəyə ehtiyacı olmayan qocadır.

Xoşbəxt lotereya biletləri təkcə təkcə amerikalılara qismət olmur. 2017-ci ilin aprelində Fransanın Dijon şəhərindən olan ailə EuroMillions-da 83 milyon avrodan çox məbləğ udub.

Kanadada bir ailə üç dəfə lotereyada iri məbləğdə uduşlar əldə edib. Sonuncu dəfə onlar 8,2 milyon dollar udublar. Finkslər pullarını yeni evə və uşaqlara yardıma xərcləyiblər. Lakin pul lotereyada udulacaq yeganə şey deyil. Ötən ilin iyulunda avstraliyalı bir şəxs Kusaie tropik adasını udub.

Sevinmək tezdir

Bu insanlara həsəd aparmağa tələsməyin. Bir çox hallarda iri məbləğdə uduş həmin şəxslər üçün başağrısına çevrilir. Bəziləri iri məbləğdə pulla nə edəcəyini bilmir, digərləri tez bir zamanda hamısını xərcləyir, üçüncülər isə məbləği yaxınlarına paylayırlar. Bəziləri isə udduqlarını kazinoda uduzurlar. Nyu-Cersidən olan amerikalı kazinoda lotereyadan udduğu 5 milyon dollarını uduzub.

Bir çox hallarda isə pulların sevinci boşanma ilə nəticələnir. Məsələn, Böyük Britaniyadan olan cütlük lotereyada udduqları 3 milyon dollara daşınmaz əmlak, bahalı maşınlar alaraq digər məbləği də səyahətə xərcləyib. Gözəl həyata öyrəşmiş Lara və Rocer Qriffitlər bütün pullarını xərcləyəndən sonra böyük borclara girməli olublar. Kiçik mübahisələr böyük qalmaqala çevrilib və nəhayət onlar boşanıblar.

Böyük pullar böyük problemlər deməkdir. Qayğısız həyat başa çatanda çoxları boşanırlar. Bəlkə də ona görə Novosibirskdən olan kişi cekpot udduğu barədə həyat yoldaşına uzun müddət heç nə deməyib.

Udanların əsas problemi pulları düzgün idarə edə bilməməkləridir. 2004-cü ildə Kanada sakini Şaron Tirabassi 10,5 milyon dollar udub. Buna qədər 6 uşaq anası müavinətlə yaşayırmış. Pul udandan sonra isə bahalı ev, maşın və paltarlar alıb. Bir neçə ildən sonra isə o, pul qurtardıığına görə yenidən əvvəlki həyata qayıdıb.

Pensilvaniya sakini 1988-ci ildə 16 milyon dollardan çox pul udub. Cəmi bir ilin ərzində savadsızlıq ucbatından onun borcları 1 milyon dolları ötüb. Onun həyatı cəhənnəmə dönüb. Pulu ələ keçirmək üçün doğma qardaşı onu öldürmək istəyib. Nəticədə o dilənçi vəziyyətinə düşüb.

Öldürülmək və ya soyulmaq qorxusundan uduş sahibləri bəzən pullarını götürməyə qorxurlar. 2016-cı ilin fevralında ABŞ-da udulmuş 63 milyon dolların arxasınca gələn olmayıb. 2017-ci ilin aprelində Novosibirsk sakini 10 milyon rublu gedib götürməyib. 2012-ci ildə isə hərəyə 38 milyonrubl  udmuş 4 rusiyalı pullarına sahib durmayıblar. 6 milyon avrodan artıq pul udmuş Brüssel sakini də eyni cür hərəkət edib.

Başqa cür də olur: Kanadada lotereyada udulmuş 5 milyon dollardan 2 milyonunu digər kişidən olan övladının hesabına keçirən qadını əri zəhərləyib.

Alman həkimləri bu fikirdədirlər ki, böyük məbləğdə pul udmuş şəxsləri həyəcandan infarkt vura bilər və onlar ölə bilərlər.

17 yaşlı britaniyalı Ceyn Parks lotereyada 1 milyon funt sterlinq udub. 4 ildən sonra qız həyatında mənanın itdiyini bildirib. “Mən artıq nədən ötrü yaşayacağımı bilmirəm. Maddi ehtiyaclar hər şey demək deyil” — o bəyan edib. Parks həmin pula iki ev, bahalı cinsdən olan it alıb və sinəsini böyüdüb. O, lotereya şirkətini məhkəməyə verib.

Uduşdan vergi ödəməklə də bağlı ciddi problemlər ola bilər. 2017-ci ilin aprelində Sankt-Peterburq sakini barədə cinayət işi açılıb. O lotereyada udduğu 12 milyon rubla görə vergi pdəməyibmiş.

1998-ci ildə Cerald Musvagen adlı şəxs 10 milyon dollar udub. O bütün pulunu 7 ilə xərcləyib və bundan sonra qarajda özünü asıb. Zibilyığan Maykl Kerroll isə udduğu 15 milyonu 5 ilə xərcləyə bilib. (Sputnik)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın