Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Məhşur Qarabağ döyüşçüsü Yaşar Məhərrəmov torpağa tapşırılıb — VİDEO

Məhşur Qarabağ döyüşçüsü Yaşar Məhərrəmov torpağa tapşırılıb — VİDEO

Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov son mənzilə yola salınıb.

İstipress-in məlumatına əsasən, onula vida mərasiminə yaxınları, dostları, eləcə də cəbhə yoldaşları gəliblər.

Mərhum döyüşçü Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Yaşar Məhərrəmov ötən gün axşam saatlarında dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhumun 3 uşağı var.                  

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın