Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Məhkəməyə verilən aktyor: “90 min manat tələb edirlər”

Məhkəməyə verilən aktyor: “90 min manat tələb edirlər”

“Qarşı tərəf şərtlərə əməl etməyib. Mən onları məhkəməyə verməkdən, onlar məni verib. İndi məndən 90 min manat təzminat tələb edir ki, gəlməmisən, ziyana salmısan”.

7times.az bildirir ki, bunu film istehsalçısı “Cinemazadeh” tərəfindən məhkəməyə verilən tanınmış aktyor Müşfiq Şahverdiyev deyib. O qeyd edib ki, çıxardıb bir səs yazısı, mesaj göstərsinlər ki, məni çəkilişə çağırıblar, amma getməmişəm:
“İtirdiyim pulları onlardan tələb etmişəm. Onlarla “Ofis işi” serialı ilə bağlı müqaviləmiz var. Onu çəkdilər, yarımçıq qalıb. Müqavilədə yazılmışdı ki, heç bir layihədə iştirak edə bilməzsən. Mən də nə qədər pul itirmişəm. Əlimdəki dəlilərdən təzminat tələb edib, ala bilərəm. Vəkilimlə danışmışam, müqaviləmiz var, orada şərtlər yazılıb. Mən də onları məhkəməyə verəcəyəm. Yanvarın 27-nə məhkəmə təyin olunub”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …