Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Məhkəmə hakiminə güvənən qardaşoğlu… – Mursaqulovdan GİLEY VAR

Məhkəmə hakiminə güvənən qardaşoğlu… – Mursaqulovdan GİLEY VAR

Azinforum.az xəbər verir ki, Bakı şəhər sakini Həsənova Sevda İbrahimovna tərəfindən Femida.az-a müraciət daxil olub. Vətəndaş müraciətində cavabdeh tərəfin məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü icra etmədiyini və hakim əmisinin adından istifadə edib, məsuliyyətdən yayındığını iddia edib.

Xanımın sözlərinə görə, 2013-cü ildə makler kimi tanıdığı Mürsəqulov Fuad Fikrət oğluna torpaq sahəsini sənədləşdirmək üçün 3000 (üç min) dollar məbləğində pul verib. Amma qarşı tərəf pulu aldıqdan sonra heç bir iş görməyib. Şikayətçinin sözlərinə görə, bundan sonra məhkəməyə müraciət edib. Məhkəmədə bütün faktlar sübuta yetirilib. Nərimanov Rayon Məhkəməsində onun xeyrinə qərar qəbul olunmasına baxmayaraq bu günə qədər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yerinə yetirilmir.

Sevda Həsənovanın iddialarına görə, cavabdeh şəxs Mursaqulov Fuad Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun qardaşı oğludur.

Cavabdeh şəxs əmisinin adından istifadə edərək məsuliyyət yayınır. Femida.az-a təqdim olunan sənədlərdən də aydın olur ki, Nərimanov rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixdə çıxardığı qərardadda cavabdeh şəxs Mursaqulov Fuad Fikrət oğluna məxsus “Nissan Maxima” markalı 10 kz 147 dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulması qərara alınıb. Amma cavabdeh tərəf həmin avtomobili köhnə tarixlə başqa bir şəxsə satıb.

Sevda Həsənovanın sözlərinə görə, cavabdeh tərəf bu cür yollarla ona ödənilməli olan 2500 ABŞ dollarını və 30 manat məhkəmə rüsumunu ödəməkdən yayınır. Buna baxmayaraq ona qarşı heç bir qanuni tədbirlər görülmür.

Məhkəmə qərarları necə icra edilməlidir?

Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İcra haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir, qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərir.

Bu Qanunun 12.1-ci maddəsinə görə isə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.

Qanunun 43.1-ci maddəsinə əsasən borclu verilmiş müddət ərzində məhkəmə qərarını könüllü icra etməzsə, icra məmuru məcburi icra tədbirlərinə başlamaqla, icra tələbini borclunun əmlakına, əmək haqqına, pensiyasına və sair gəlirlərinə yönəltməlidir.
Məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə xeyrinə çıxarılmış məhkəmə qərarının davamlı olaraq icra edilməməsi tələbkarın məhkəmə işində uğur qazanmasını mənasız etməməlidir. İcra sənədinin icra edilmədiyi təqdirdə, icra məmurundan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, İnzibati-İqtisadi Məhkəməsinə və İnsan Hüquqları Üzrə Müvəkkilə müraciət edilməsi nəzərdə tutulmuşdur. AİHM-də məhkəmə qərarının icra olunmamasını konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi tanınmışdır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1-maddəsinin 1.6-cı bəndinə əsasən Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

Məhkəmə hakiminə güvənən qardaşoğlu...
Məhkəmə hakiminə güvənən qardaşoğlu...

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın