Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Məhərrmlikdə toya çağırsalar, gedərsiniz? – Müğənnilərdən maraqlı CAVABLAR

Məhərrmlikdə toya çağırsalar, gedərsiniz? – Müğənnilərdən maraqlı CAVABLAR

Bir neçə gündür hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Təbii, hər kəsə məlumdur ki, bu ayda müəyyən sahələrdə durğunluq yaşanır.  Məsələn, əksəriyyət toylardan imtina edir. Nəticə olaraq  bu, birbaşa qızıl bazarına, restoranların fəaliyyətinə də mənfi təsir  edir. Eyni zamanda, müğənnilər də məhərrəmlikdə ecə deyərlər, qısa fasiləyə çıxırlar.
Maraqlıdır, bəs məhərrəmlik müddətində dəvətlər olarsa, müğənnilər  toylarda iştirak edərlərmi?
Modern.az saytı bu sualla bir neçə müğənniyə müraciət edib.

Vasif Məhərrəmli bildirib ki, Məhərrəm ayında onsuz da toy dəvətləri olmur:
“Bilirsiniz ki, məhərrəmlikdə toyların olmasından söz gedə bilməz.  Buna baxmayaraq, əgər hər hansı toy dəvəti gələrsə, getmərəm”.

Mənzurə Musayeva həmkarından fərqli olaraq bəzən bu cür dəvətlərin olduğunu qeyd edib:
“Bəzən məhərəmmlikdə toy və ya ad günü dəvətləri olur. Amma mən getmirəm. Onsuz da ilin 9 ayını işləyirik, 2 ayını işləməsək, nə olacaq?”.

Mətanət Əsədova da toy dəvətlərini qəbul etməyəcəyini vurğulayıb:

“Mən müsəlmanamsa, qarşımdakı da buna uyğun rəftar edər. Müsəlman məhərrəmlikdə toya getməz. Bu baxımdan, Məhərrəm ayında toy dəvəti olsa, heç vaxt getmərəm”.

Nazənin dinə bağlı olduğunu və bu cür dəvətləri qəbul etmədiyini bildirib:

“Artıq 20 ildir, toylara gedirəm. Amma nə məhərrəmlikdə , nə də orucluqda heç bir zaman toy məclislərində iştirak etməmişəm. Eyni zamanda, mən cənub zonasındanam və bilirsiniz ki, oradakı insanlar dinə daha bağlıdırlar. Ola bilər, müəyyən tədbirlərdə iştirak edim. Yəni uşaqlar və ya Qocalar evində keçirilən tədbirlərin dəvətini qəbul edirəm. Məsələn, indi Moskvada bir tədbirimiz olmalıdır. Amma toy məclisləri üçün gələn dəvətləri qəbul etmirəm”.

Manaf Ağayev sualımıza bir qədər fərqli cavab verib:
“Bəzi jurnalistlər ümumiyyətlə xeyrə bir şey yazmır. Ona görə də getsəm də, getməsən də heç nə demərəm”.

Həmçinin oxuyun

Manaf Ağayev və Afət Fərmanqızı tandemi jurnalistdən nə istəyir…

Bu günlərdə jurnalist həmkarlarımdan birinin müğənni Manaf Ağayevin hələ şou-biznesdə parlamasından çox əvvəllər “makler” (ev …