Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Məhəmməd peyğəmbərin saçı Ağalarovun – Konsert salonunda

Məhəmməd peyğəmbərin saçı Ağalarovun – Konsert salonunda

Məhəmməd peyğəmbərə məxsus olan və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun bir müddət əvvəl Moskva müsəlmanlarının məscidinə bağışladığı saç-təbərrük Rusiya paytaxtındakı “Krokus Siti Xoll”un konsert salonunda nümayiş etdirilib.

“ Azinforum.az ” virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə”Rusiya xəbərlər xidməti” məlumat yayıb.

Möminlərin gözündə adətən əlçatmaz olan bu əmanət – təbərrük bu gün cəmi saat yarım nümayiş etdirilib. Məlumata görə, qısa nümayiş vaxtı ona təxminən 7 min qonaq baxa bilib.

Xatırladaq ki, təbərrük məsciddə zirehli vitrində sərgilənir. Əvvəlcədən məlumat verildiyi kimi, o, insanlara yalnız dini bayramlar zamanı göstəriləcək.

Yeri gəlmişkən, saçın bu gün nümayiş etdirilməsi məhz belə bir təqvimlə bağlı olub. Belə ki, bu gün Mövlud ən-Nəbi bayramı-Peyğəmbər Əfəndimizin doğum günüdür.

Onu da qeyd edək ki, “Krokus Siti Xoll” azərbaycanlı oliqarx Araz Ağalarovun holdinqinin tərkibindədir.

Məhəmməd peyğəmbərin saçı Ağalarovun -  Konsert salonunda

 

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın