Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Mədət Quliyev və Ramil Usubovun qələbə sevinci – FOTOLAR

Mədət Quliyev və Ramil Usubovun qələbə sevinci – FOTOLAR

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarının birinci günündə daha bir Azərbaycan idmançısı qızıl medala sahib olub.

Yarışda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Nurməhəmməd Hacıyev qızıl medal uğrunda görüşdə İran idmançısı Amir Mohammadini 11:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Final görüşünü zalda izləyən daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mədət Quliyev idmançımızın qələbəsini sevinclə qarşılayıblar.

Daha sonra qalib idmançıların mükafatlandırma mərasimi keçirilib. Medalları qaliblərə Mehriban Əliyeva təqdim edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın