Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Lider TV cəbrayıllı Seymuru ingilis Ceyms kimi təqdim etdi

Lider TV cəbrayıllı Seymuru ingilis Ceyms kimi təqdim etdi

“Lider” telekanalında dünan yayımlanın bir süjet cəmiyyətdə gülüş obyektinə çevrilib.

Moderator.az-ın verdiyi xəbərə görə, telekanal Mingəçevir avarçəkmə mərkəzindən Avropa Oyunları ilə bağlı hazırladığı reportajda cəbrayıllı məcburi köçkün Seymur Səfərovu ingilis turisti Ceyms Bonar kimi təqdim edib. Seymur Səfərov ingilis dilinin, necə deyərlər, qol-qabırğasını sındıra-sındıra Azərbaycandan, ölkəmizin yeməklərindən ağız dolusu danışaraq Azərbaycan xalqını mükəmməl insanlar adlandırıb.

Qeyd edək ki, son günlər ölkə telekanallarında əcnəbi turistləri telekamera önündə danışdırmaq və ölkəmizi təriflətdirmək tendensiyasi güclənib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın