Ana səhifə / Şou Biznes / Leyla Əliyeva: “Forum Rusiyadakı azərbaycanlı gənclərin inteqrasiyasına kömək edəcək”

Leyla Əliyeva: “Forum Rusiyadakı azərbaycanlı gənclərin inteqrasiyasına kömək edəcək”

“Mənim üçün Rusiyada olmaq hər zaman xoşdur. Rusiyada çoxlu sayda azərbaycanlı, azərbaycanlı gənc yaşayır. Bu gün keçirilən Forum bu gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək məqsədi daşıyır “.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumu çərçivəsində jurnalistlərə açıqlamasında təşkilatın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

L. Əliyeva AMOR-un VI forumunda təhsil, ekologiya məsələlərinin müzakirə olunacağını söyləyib: “Ekologiya bizim üçün çox vacibdir. Bilirəm ki, Rusiya da bizim ölkəmiz kimi ətraf mühitin qorunmasına xüsusi diqqət ayırır. İstəyirik ki, bu istiqamətdə daha sıx əməkdaşlıq edək. Bundan başqa, Forumda gəncləri maraqlandıran idman, mədəniyyət və digər məsələlərə toxunulacaq”.

AMOR sədri Rusiyada istedadlı azərbaycanlı gənclərin sayının getdikcə artdığını qeyd edib: “Bu gün AMOR-un Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Əlbəttə, çox xoşdur ki, gənclərin özü böyük ruh yüksəkliyi nümayiş etdirir”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın