Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Leyla Əliyeva bibisi ilə Londonda – FOTO

Leyla Əliyeva bibisi ilə Londonda – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkələrdəki rəsmi hesablarında bibisi Sevil Əliyeva ilə fotosunu paylaşıb.

Sözügedən foto mayın 25-də Londonda IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılan “Canlı həyat” adlı sərgidə çəkilib.

Leyla Əliyeva həmin şəkli #‎LiveLife‬ (həyatını yaşa) həştaqı ilə paylaşıb.

Qeyd edək ki, sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Qafqazinfo.az

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın