Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Leyla Əliyevanın oğlu ilə birgə müsahibəsi – VİDEO

Leyla Əliyevanın oğlu ilə birgə müsahibəsi – VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni fotoları və videosu yayılıb.

Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, videoda L.Əliyeva yaradıcılığından, rəsmlərindən bəhs edir.
Oğlu Əli ilə kamera qarşısına keçən L.Əliyeva rəsmlərini sevgi ilə yaratdığını bildirib:

“Öz qəlbinin səsini dinləmək lazımdır. Rəsmlərimdə hər zaman simvollar olub. Məktəb vaxtlarımdan şəkil çəkirəm. Hər bir insan yaradıcıdır. Yaradıcılıq təkcə musiqi bəstələmək, rəsm çəkmək və şeir yazmaq deyil. Hansısa işi ürəyindən gəldiyi üçün edən insan yaradıcıdır.

Mənə həyat sevgisi ilham verir. Rəsm çəkmək üçün məkanın heç bir mənası yoxdur.

Rəsm çəkmək enerjimi alır. Şeir yazanda mən dincəlirəm, rəsm çəkəndə isə yoruluram.

Taleyə inanıram…

Rəsmlərimi satmağa heyfim gəlirdi. Onlar mənim emosiyalarım, həyatımdır. Amma onların satışından əldə olunan gəlir fillərin qorunmasına sərf ediləcək. Ona görə sevinirəm, bölüşmək gözəldir”.

Qeyd edək ki, L.Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var. O, bir müddət əvvəl Əminə adlı qız uşağını da övladlığa götürüb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın