Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Şou Biznes / Leyla Əliyeva Emin və Alyonanı belə təbrik etdi – FOTO

Leyla Əliyeva Emin və Alyonanı belə təbrik etdi – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva eks həyat yoldaşı Emin Ağalarovu evliliyi münasibətilə təbrik edib.
 
Moderator.azxəbər verir ki, Leyla xanım bu barədə rəsmi “İnstagram” səhifəsində yazıb:
“Əziz dostlar! Çoxu mənim şeirlərimi anlamır! Onlar mənim qəlbimdən gəlir və konkret olaraq bir insana həsr edilməyib.
Mən Eminə və Alyonaya xoşbəxtlik arzulayıram. Onlar çox ləyaqətli və gözəl insanlardır. Allah onların sevgisini həyatlarında hər şeydən üstün etsin! Hər kəsə həyatdan zövq almaq və sevmək arzulayıram! Hər şeyə görə çox sağ olun!”
Xatırladaq ki, Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.

Həmçinin oxuyun

“Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” – Zöhrə Abdullayeva uzun zaman sonra efirdə

Ötən il yeganə övladı olan oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun zaman sonra efirə …