Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Leyla Əliyeva: Atam heç vaxt səhv etmir”

Leyla Əliyeva: Atam heç vaxt səhv etmir”

“Mən hər zaman atamın məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva deyib.
O adını daşıyan İnstagram səhifəsində hər zaman atasının fikirlərinə qulaq asdığını qeyd edib.
“Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu həqiqətən belədir! Bu sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun –“Bunu belə etməlisən” deməsini eşitməmişəm. O sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunun onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar”.
Dövlət başçısının qızı qeyd edib ki, bütün işlərində onunla məsləhətləşir. “Bura həm Heydər Əliyev Fondu, həm də ekologiya sahəsi, həm də “Baku” jurnalı ilə bağlı gördüyüm işlər daxildir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın