Ana səhifə / Şou Biznes / Lerikli deputat İqbal Məmmədovun alternativsiz seçkiyə qatılmaq cəhdi…

Lerikli deputat İqbal Məmmədovun alternativsiz seçkiyə qatılmaq cəhdi…

Lerik rayonunda 78 saylı Lerik-Masallı seçki dairəsində vəziyyət çox gərgindir. Lerikdən millət vəkili olan İqbal Məmmədov uzun illərdən sonra rayonda nəhayət ki görünüb. Amma özü yox adı. Bu görünmə də vətəndaşlara baha başa gəlib. Bəlli olub ki, İ.Məmmədov «Relax» istirahət mərkəzindən, «Piran» Broylerdən sonra bir qədər də zəngin olmaq istəyir. Lerik sakinlərinin məlumata görə, Lənkəran-Lerik yolu məhz İqbal Məmmədovun sonuncu «görünməsi» ilə bərbad hala düşüb. Lerikdən olan sakinlər iddia edirlər ki, deputat İqbal Məmmədov biznesini bir qədər də genişləndirmək məqsədilə rayon ərazisində özünə mineral sular istehsal edən zavod inşa etdirir.

Bu səbəbdən də iki aydır ki, iri yük maşınları Lənkəran-Lerik yolunda hərəkət edir və yolu bərbad hala salırlar. 108 seçki məntəqəsi olan Lerikin bu dairəsindən olan seçicilər deputatları ilə görüşmək üçün dəfələrlə cəhd etmələrinə baxmayaraq buna nail ola bilmirlər. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən kəndlərdə içməli su, qaz, elektrik enerjisi olmaması səbəbindən şikayətlərini ünvanlayacaq yer tapa bilməyən kənd sakinləri dövlət başçısına da narazılıq məktubu yollamağa hazırlaşırlar. Onlar rayonun deputatının öz məqsədləri üçün şəxsi biznesini genişləndirməkdən başqa bir iş görmədiyini deyirlər.

Əldə etdiyimiz digər məlumata görə, İqbal Məmmədov hər vəchlə fəal olan şəxslərin öz namizədliyini vermələrinə mane olmaq istəyir. Artıq bir neçə nəfəri razı sala bilib… Bundan ötrü müxtəlif vasitələri işə salır. Ancaq bir cavan namizədi hələ fikrindən daşındıra bilmir. Son 5 ildə rayon sakinlərinin  İqbal Məmmədovdan narazılığı əhəmiyyətli dərəcədə artıb. Xüsusən də Dırığ zonasında yerləşən kəndlərin sakinləri onu görmək istəmir. Çünki İqbal Məmmədov ötən 5 ildə onların problemləri ilə maraqlanmayıb. Ən başlıcası sözügedən zonaya qaz çəkilişinə heç bir yardım göstərmir. Sanki məqsədyönlü şəkildə sözügedən zonanın qazlaşdırılmasına mane olur. Bu səbəbdən də bütün Dırığ zonasının sakinləri onu baykot edir…
Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın