Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Şou Biznes / Lerik sakini həyətində nadir heyvan aşkarladı – FOTO

Lerik sakini həyətində nadir heyvan aşkarladı – FOTO

Hamarmeşə kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki saxlanc quyusunda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan olduğunu görüb.

“Report” xəbər verir ki, Qadir Rzayaev əvvəl onun tülkü balası olduğunu zənn edib. Kənd sakinlərinə tutduğu heyvanı göstərəndə, yaşlı insanlar bunun el arasında “ala boyun” adlandırılan heyvan olduğunu, ancaq çox nadir hallarda gözə göründüyünü bildiriblər.

Q.Rzayev müəllim olduğundan məktəbdə də həmkarlarına bu barədə söyləyib. Bir qədər araşdırdıqdan sonra həyətdə aşkar olunan bu xəzdərili heyvanın adının latınca “Martes” olduğu müəyyənləşib. Yırtıcılar dəstəsinin dələkimilər fəsiləsinə aid edilir. Belə ki, o kiçik canlılarlar, quşlarla qidalanır. Hətta sürətli qaçmaq və cəldlik bacarığı olduğundan dovşanı belə rahat ovlaya bilir.

Onun uzunluğu quyruğu ilə birlikdə70 sm-ə, çəkisi təxminən 1,5 kq-a qədərdir. Bu yırtıcı əsasən Avropa və Asiyada dağlıq, meşəlik ərazilərdə yaşayır. Bir neçə növü var.

Hirkan Milli Parkının mütəxəssisi Hacağa Səfərov bu yırtıcıların bir neçə növünün olduğunu bildirib. “Tək halda yaşayan bu yırtıcıların öz arealları olur. Meşələrimizdə yaşasa da, insan yaşayış yerlərində təsadüf hallarda müşahidə olunur. Çox güman ki, son günlər yağan güclü leysan yağışları onun kəndin ərazisinə gəlməsinə səbəb olub. Və ya ev quşlarının ovuna çıxıb”.

Qadir Rzayev həyətində rastlaşdığı heyvanın xəstə olduğunu və bir qədər qulluq etdikdən sonra meşəyə buraxacığını bildirib.

Həmçinin oxuyun

Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine …

Bir cavab yazın