Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Şou Biznes / “Lazım olsa, Məhərrəmlikdə oğluma da toy edərəm” – Nadir Qafarzadə

“Lazım olsa, Məhərrəmlikdə oğluma da toy edərəm” – Nadir Qafarzadə

Bir neçə gün öncə Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə bildirilib ki, sentyabrın 1-dən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək. Bundan əlavə Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, peyvənd etdirməyən müğənni toy apara bilməz.

 
Yeni qərarlarla bağlı Musavat.com-a danışan müğənni Nadir Qafarzadə bildirib ki, o artıq Rusiyada yaşayacaq:

“Mən bir neçə ay öncə Rusiyaya köçdüm. Toylara qoyulan qadağa götürüldüyü üçün geri döndüm. Oğluma nişan etdim. Amma yenidən Rusiyaya qayıdacam. Yavaş-yavaş tamamailə köçəcəm ölkədən. Qaydalara gəldikdə isə dövlət nə qərar verirsə, əməl etməliyik.


– Rusiyada sizə tələbat olduğu üçün ölkədən köçürsüz?

– Orada mənə böyük təlabat yoxdur. Orada huzur var. Əsəb, stress verən amillər yoxdur. Moskva gözəl şəhərdir. Heç kimin heç kimlə işi yoxdur, heç kim səs-küylə danışmır. Heç kim əsəbi deyil. Əsl yaşamalı şəhərdir.

– Nadir bəy, vaksin olunmayan sənət adamları toylara buraxılmır. Siz necə vaksin olunmusuz?

– Vaksinin ilk dozasını vurdurmuşam.  İkinci dozası qalıb. Əgər dövlət bizdən vaksin tələb edirsə, biz də vurdurmalıyıq. Bu həm də bizim sağlamlığımız üçündür.


– Qarşıdan Məhərrəmlik ayı gəlir. Bu ay müddətində əksər müsəlmanlar toy etmir, bəzən toya gedən sənət adamları da tənqid olunur. Siz necə Məhərrəmlikdə toylara dəvət alsanız, gedərsiniz?

– Əlbəttə, gedərəm. Tənqid edənlər həmişə danışır, onlar bir səbəb tapıb danışır. Türkiyədə, Ərəbistanda Məhərrəmlik ayında toylar keçirilir. Onlar müsəlman deyil? Lazım olsa,  Məhərrəmlikdə oğluma da toy edə bilərəm. Hazırda toy hazırlıqları gedir. Məhərrəmlik ayında toya getmək normaldır, bu bizim sənətimizidr. Bir də bizim təqvimimiz  başdan ayağa qaradır, müharibələr, faciələrlə doludur. Mayda toy etmirlər ki, ağır aydır. Qışda toy etməyib, baharı gözləyirlər. Tarixə nəzər salsaq, gərək biz şənlənməyək. Gərək biz qazanc əldə etməyək. Həyat davam edir.

Həmçinin oxuyun

Nura Suri: “O dərsdən heç nə başa düşmürdüm“

Müğənni Nura Suri məktəb illərindən danışıb. ARB TV-nin “Özəl” verilişinin növbəti qonağı sənətçi bəzi dərslərə …