Ana səhifə / Şou Biznes / Lamiyə Quliyeva Azərbaycanı tərk etdi – Türkiyədə iş tapıb

Lamiyə Quliyeva Azərbaycanı tərk etdi – Türkiyədə iş tapıb

2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilən və 2015-ci il fevralın 20-də azadlığa buraxılan 1987-ci il təvəllüdlü Lamiyə Quliyevadan yeni xəbər var.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, qalmaqalla azadlığa çıxan keçmiş məhbus Azərbaycanı birdəfəlik tərk edib. Onun bir neçə aydır ki, qardaş ölkəyə yerləşdiyi, artıq özünə iş tapdığı və çalışmağa başladığı bildirilir.

Məlumat üçün bildirək ki, L.Quliyeva ötən il də Türkiyəyə getmişdi. Onun türkiyəli iş adamı ilə ailə qurduğu bildirilirdi. Lakin xəbər təsdiqlənmədi. Keçmiş məhkum sonradan Azərbaycana qayıtmış, övladının sənəd işlərini həll etdikdən sonra yenidən ölkəni tərk edəcəyini açıqlamışdı.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. 2010-cu ildə həbsxanadaykən Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay da artırılıb.

Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib. 2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 2015-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın